İdman

“Beylin gəzdiyi yeri öpməlidirlər” - “Real”ı sərt ittiham etdi

23 Sentyabr 2020 18:49
Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tottenhem"dən daha böyük klublardan da maraqlananlar var idi. Amma Beyl getdiyi yerlə kifayətlənmək istədi. Hamı onun "Real"dakı karyerasının sona çatdığını qəbul etmişdi. Buna görə də ayrılmaq kifayət qədər  asan oldu.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl "Real"dan "Tottenhem"ə keçən Qaret Beylin agenti Conatan Barnett deyib. O, "The Telegraph"a açıqlamasında "kral klubu"nda  uelsli yarımmüdafiəçiyə yetərincə dəyər verilmədiyini vurğulayıb:

"Burada şəxsiyyət toqquşması, dəstək çatışmazlığı vardı. Bir çox şey fərqli idi. Beyl "Real"da yaxşı çıxış edən adama layiq hörməti görmədi və bu, həqiqətən də böyük problem idi. "Real" Beylin gəzdiyi yeri öpməlidir".

Qeyd edək ki, 31 yaşlı oyunçu 2007-2013-cü illərdə də çıxış etdiyi London təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.