İdman

Qaret Beyl “Tottenhem”də!

20 Sentyabr 2020 11:03
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem" heyətini yeni futbolçularla gücləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, London klubu Madrid "Real"ından Qaret Beyl və Serxio Regilonu transfer edib.

Bu barədə "Tottenhem"in rəsmi saytı məlumat yayıb. Qaret Beyl bir illik icarəyə götürülüb.

Serxio Regilon isə birdəfəlik transfer olunub. 23 yaşlı ispan sol cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. "Real"ın öz yetirməsi olan, Madrid təmsilçisində elə də çox şans qazanmayan futbolçu geridə qalan mövsüm icarə əsasında "Sevilya"da keçirib.

Qaret Beyl köhnə-yeni klubunda "9", Regilon isə "3" nömrəli formanı geyinəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.