İdman

""Neftçi"yə yuxarıdan aşağı baxmaq olmaz" - Fatih Terim

16 Sentyabr 2020 13:09
Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:

"Neftçi"yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvləri bağışlanmayacaq bir 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da start götürəcək. İstanbul təmsilçisi Bakıya bu gün gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.