İdman

"Barselona" klubu 12 futbolçusunu transferə çıxarıb

12 Sentyabr 2020 14:09
Baxış: 2 658
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" klubu 12 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Kataloniya təmsilçisi əməkhaqqı xərcini azaltmaq və gəlir götürmək üçün transferə çıxardığı oyunçuların adlarını müəyyənləşdirib.

La Liqa klubu Luis Suares, Arturo Vidal, Rafinya Alkantara, Monçu, Oriol Buskets, Samuel Umtiti, Nelson Semedo, Jan-Kler Todibo, Martin Braytvayt, Ektor Firpo, Mussa Vaqe və Xuan Miranda üçün təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Barselona" "Arsenal"dan Ektor Belyerin, "Sevilya"dan Jül Kunde, "Lion"dan Memfis Depay, "Liverpul"dan Corcino Veynaldumun transferində maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.