İdman dərslərin məktəbin idman zalında olmadan evdən keçirilməsi mümkündür.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəllimlərin məktəbə gəlmədən evdən dərs keçməsi yaxşı haldır: "Biz məktəblərdəki sıxlığı aradan qaldırmaq istəyirik. Ona görə də müəllimlər məktəbə gəlmədən evdən də distant dərslər keçə bilərlər".
Milli.Az