İdman

La Liqada 5 əvəzetmə olacaq

8 Sentyabr 2020 23:23
Baxış: 875
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya Kral Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq qaydaları açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hər iki liqada 5 əvəzetmə qaydası saxlanılacaq. Klublar iştirak ərizəsində maksimum 23 futbolçu sifariş edəcək.

Xatırladaq ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 5 əvəzetmə qaydasını tətbiq etmişdi. Bəzi liqalarda yeni mövsüm üçün bu qayda qüvvədə qalsa da, İngiltərə Premyer Liqasında ləğv olunub. Azərbaycan Premyer Liqasında da ötən aydan start götürən çempionatda 3 əvəzetmədən istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.