"Fənərbağça" daha bir futbolçusu ilə yolları ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Tolgay Arslanla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Qeyd edək ki, T.Arslan ötən ilin yanvarında "Fənərbağça" ilə 3,5+1 illik müqavilə imzalamışdı. O, bu komandada 33 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.
Xatırladaq ki, "Fənərbağça" bundan əvvəl Alper Potuk və Mevlüt Erdinçlə yolları ayırıb.
Milli.Az