İdman

Millimizin oyununda türkiyəli hakimlər

4 Sentyabr 2020 18:04
Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçı Türkiyədən olan hakimlər briqadası idarrə edəcək. 

FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.