İdman

"Qarabağ"ın rəqibi bilindi - YENİLƏNİB

31 Avqust 2020 14:18
Baxış: 2 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14:18

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Milli.Az xəbər verir ki, səpələnmişlər səbətində yer alan "Qarabağ"ın rəqibi müəyyənləşib.
 
Bu mərhələdə "Qarabağ" Norveçin "Molde" klubu ilə qarşılaşacaq.
 
Yeganə oyun Bakıda keçiriləcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 15-16 sentyabr tarixlərində keçiriləcək.

----------
11:27

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" səpələnmişlər səbətində yer alacaq. Ağdam klubunun bu mərhələdə potensial rəqibləri "Mölde" (Norveç), "Midtüllan" (Danimarka), "Ferenstavroş" (Macarıstan), "Omoniya" (Kipr), "Dinamo" (Brest, Belarus) komandalarıdır.

Püşkatma Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 15-16 sentyabr tarixlərində keçiriləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.