İdman

Premyer Liqa klubundan ən bahalı transfer

29 Avqust 2020 15:03
Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Lids" klubu "Valensiya"nın hücumçusu Rodriqonu heyətinə qatıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqanın debütantı bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.

29 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. O, "Lids" tarixinin ən bahalı transferi olub. İngilislər bu keçid müqabilində "yarasalar"a 30 milyon avro ödəyib. Oyunçunun çıxışına əsasən "Valensiya" daha 10 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Marselo Byelsanın çalışdırdığı "Lids" 16 ildən sonra Premyer Liqaya qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.