İdman

Soni Mustivarın yeni klubu - Rəsmi

27 Avqust 2020 14:35
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"dən ayrılan Soni Mustivarın yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniya "Hermannstadt"ında davam etdirəcək. Bu barədə ölkənin əsas liqa klubunun saytı məlumat yayıb. Haitili oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi"yə keçən Soni Mustivar iyunda klubdan ayrılıb. Mustivar bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.