"Neftçi"dən ayrılan Soni Mustivarın yeni klubu müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniya "Hermannstadt"ında davam etdirəcək. Bu barədə ölkənin əsas liqa klubunun saytı məlumat yayıb. Haitili oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi"yə keçən Soni Mustivar iyunda klubdan ayrılıb. Mustivar bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.
Milli.Az