İdman

Rafael Ağayevə yeni vəzifə verildi

26 Avqust 2020 15:38
Baxış: 8 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın baş məşqçisi təyin edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Tağıyev bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir.

O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.