İdman

Suares "Barselona" ilə müqaviləsini ləğv etmək istəmir

25 Avqust 2020 14:52
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hücumçu Luis Suares "Barselona"dan ayrılmaq istəmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport İtalia"nın jurnalisti Qianluka Di Marzionun saytında məlumat yayılıb. Bildirilib ki, Kataloniya təmsilçində ilinə 25 milyon avro qazanan uruqvaylı oyunçu yüksək maaşına görə klubla müqaviləsini ləğv etməyi düşünmür.

33 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Qeyd edək ki, klubun yeni baş məşqçisi Ronald Kuman Suaresə zəng vuraraq, onu növbəyi mövsüm komandada düşünmədiyini bildirib.

Xatırladaq ki, Luislə "Ayaks"ın maraqlandığı iddia olunur. Klubun ona vergilər çıxmaq şərti ilə ilinə 3 milyon avro təklif etdiyi bildirilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.