İdman

Tanınmış aparıcı 5 ildir çalışdığı telekanalı TƏRK ETDİ

24 Avqust 2020 15:52
Baxış: 3 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış idman aparıcısı Ürfan Məmmədli çalışdığı "CBC Sport" telekanalındakı işindən ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib:

"5 ildir bir parçası olduğum "CBC Sport" ilə artıq yollarımız ayrıldı. Yarandığı ilk gündən burada olmaq, hər bir yeniliyə, hər bir sürprizə canlı şahidlik etmək xoş idi. "CBC Sport" ilə unudulmaz anlarım çoxdur. Xoş xatirələrim saysız-hesabsızdır. Burada öyrənərək öyrətdim. Burada yeni insanlar tanıdım, yeni dostlar qazandım. Hər şey üçün "CBC Sport"a və ordakı gözəl insanlara minnətdaram. Nə yaxşı varsınız, nə yaxşı sizi tanıdım.

Ayrılıqlar çətin olsa da, həyat qaldığı yerdən davam edir. Bir müddət dincəlmək, daha sonra yeni hədəflər və təkliflər haqqında düşünmək lazımdır. Maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm".

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.