İdman

"Barselona"dan Kumanın gəlişindən sonra ilk transfer

21 Avqust 2020 16:48
Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" yeni baş məşqçi Ronald Kumanın təyinatından sonra ilk transferini reallaşdırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Pedro Qonsales Lopesi (Pedri) heyətinə cəlb edib. Sequndada çıxış edən "Las Palmas"dan alınan 17 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İspaniya mediasında gələcəyin İnyestası adlandırılan gənc futbolçu ötən mövsüm Sequndada 16 oyuna 4 qol vurub, 7 qol ötürməsi edib. Pedri İspaniyanın U-19 millisinin üzvüdür.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.