İdman

"Uotford" yeni baş məşqçi gətirdi

16 Avqust 2020 13:10
Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Uotford" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, komandanı serbiyalı mütəxəssis Vladimir İviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı məşqçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, "Uotford" başa çatan mövsümdə Premyer Liqada 38 turdan sonra 34 xal toplayaraq 19-cu yeri tutub. Komanda bu nəticə ilə Premyer Liqanı tərk edib və növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Qeyd edək ki, 2013-cü ildən məşqçi kimi işləyən V.İviç karyerası ərzində yalnız "Makkabi" (İsrail) və PAOK"u (Yunanıstan) çalışdırıb. O, bu komandalarla titul qazanmağı da bacarıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.