İdman

"Sumqayıt" qazaxıstanlı futbolçu aldı

15 Avqust 2020 19:43
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın U-21 millisinin üzvü Kərəm Sultanovun "Sumqayıt"a keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. "Gənclik şəhəri" təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, K.Sultanovun son klubu Qazaxıstan "Kaspi"si olub. Bundan əlavə o, ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" kimi komandalarda da çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bunadək Tellur Mütəllimov, Elvin Məmmədov və Əli Qurbanini heyətinə qatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.