İdman

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı - FİFA

12 Avqust 2020 15:19
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə qərar FİFA və Asiya Futbol Konfederasiyası (AFC) arasında aparılan müzakirələrdən sonra verilib.

Hər iki qurum bu ilin oktyabr və noyabr aylarında baş tutmalı olan matçların 2021-ci ilə təxirə salınmasını məqsədəuyğun bilib. Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış təqvim sıxlığı olub. 

DÇ-2022-nin seçmə mərhələsi ilə yanaşı, təxirə salınan Asiya Kuboku-2023-ün seçmə mərhələ matçlarının yeni tarixləri ilə bağlı müzakirələr davam etdiriləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.