İdman

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

9 Avqust 2020 10:18
Baxış: 2 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün 1/4 final mərhələsinə yüksələn bütün klublar məlum old.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün 1/8 final mərhələsinin oyunları keçirilib. Almaniyanın "Bavariya" klubu cavab qarşılaşmasında İngilətərənin "Çelsi" klubunu 4:1 hesabı ilə məğlub edib (ilk oyun 3:0 hesabı ilə yekunlaşıb).

Digər oyunda İspaniyanın "Barselona" klubu İtaliyanın "Napoli" klubu üzərində 3:1 hesablı qələbə qazanıb (ilk oyun 1:1 hesabı ilə yükunlaşıb).

Beləliklə, "Bavariya" və "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəliblər.

Qeyd edək ki, 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək:

"Atalanta" - PSJ;
"Leyptsiq" - "Atletiko";
"Barselona" - "Bavariya";
"Mançester Siti" - "Lion".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.