İdman

Messi anti-koronavirus döşəyi istifadə edir

8 Avqust 2020 20:03
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi koronavirusdan qorunmaq üçün fərqli üsula əl atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu anti-koronavirus döşəyində yatır. Belə ki, bu döşəklərin üzəri virusu məhv edən nanohissəciklər yerləşdirilmiş parça ilə örtülüb. Nəticədə hər hansı bir virus 4 saat ərzində məhv edilir. Bu vasitənin koronavirusdan qoruma dərəcəsi 99.84 faiz kimi qiymətləndirilir.

Bundan əlavə döşəklər modelindən asılı olaraq müxtəlif funksiyalara- ayaq masajı və s. xüsusiyyətlərə  malikdir.

Xəbərdə o da qeyd edilib ki, Messi döşəklərdən məmnun olduğu üçün onu evlərinin bütün otaqlarına quraşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.