"WhoScored" statistika saytının versiyasına əsasən, "Barselona"nın kapitanı Lionel Messi Avropada mövsümün ən yaxşı oyunçusu seçilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunun 2019/20 mövsümü üçün orta hesabla balı 8.71 olaraq qiymətləndirilib.
Kilian Mbappeni (PSJ, 8.14 bal) 2-ci, Robert Levandovski ("Bavariya", 8.13) 3-cü olub.
Messi son 11 ildə 9-cu dəfə portal tərəfindən ən yaxşı oyunçu seçilib.
Milli.Az