İdman

Dünyanın bir nömrəli qadın tennisçisi "US Open" turnirində iştirak etməyəcək

31 İyul 2020 17:58
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın tennisçilər arasında dünyanın bir nömrəsi Eşli Barti bu mövsüm "US Open" turnirində iştirak etməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə açıqlama verən avstraliyalı raketka ustası "Böyük dəbilqə" seriyalı yarışa qatılmayacağının əsas səbəbinin koronavirus olduğunu deyib.

Bildirib ki, koronavirusla bağlı hələ də ciddi risklər var. Buna görə də özümü və komandamı mövcud vəziyyətlə qarşı-qarşıya qoya bilmərəm.

"US Open" turniri avqustun 31-də başlayacaq və sentyabrın 13-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.