İdman

"Arsenal"ın futbolçusu əməliyyat olundu

29 İyul 2020 19:07
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın müdafiəçisi Şkodran Mustafi əməliyyat olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb.

İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində keçirilən "Mançester Siti" ilə oyunda (2:0) sıradan çıxan futbolçunun əməliyyatı uğurlu alınıb. Amma 28 yaşlı alman müdafiəçi ən yaxşı halda oktyabrda məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Mustafi geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.