İdman

De Bruynedən rekord göstərici

28 İyul 2020 11:55
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində "Mançester Siti" "Norwich"i böyük hesabla məğlub edib - 5:0.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in futbolçusu Kevin de Bruyne həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. Komandasının ikinci qolunu vuran de Bruyne üçüncü qolun məhsuldar ötürməsinin müəllifi olub.

Bununla da, o, cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını 20-yə çatdırıb. Bu göstərici ilə belçikalı futbolçu "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anrinin rekordunu təkrarlayıb. Anri 2002/03-cü il mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.