İdman

Çempionluğu qeyd edərkən evinə oğru girdi

24 İyul 2020 14:23
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un futbolçusu Fabinyonun evinə oğrular girib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə iyulun 22-də baş verib.

İngiltərə Premyer Liqasının 37-ci turunda "Liverpul" "Çelsi"ni 5:3 hesabı ilə məğlub edib və komanda vaxtından əvvəl qazanılmış çempionluğu qeyd etmək üçün məclis təşkil edib.

Oğrular evə girən zaman Fabinyo həmin məclisdə olub.

Naməlum şəxslər evdən zinyət əşyaları və futbolçunun "Audi RS6" markalı avtomobilini oğurlayıb. Fabinyonun avtomobili daha sonra Uiqan bölgəsində tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.