Fransanın "Brest" klubunun futbolçusu Ronael Pyer-Qabriel silahlı hücuma məruz qalıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi hadisə vaxtı yaralanıb. Cinayətkarlar onun avtomobilini yandırıb.
Qeyd edək ki, Ronael Pyer-Qabriel müqavilə ilə Almaniyanın "Maynts" klubuna məxsusdur, o, icarə əsasında "Brest"də çıxış edir.
Milli.Az