Futbolçuya silahlı hücum edildi, maşını yandırıldı - FOTO

22 İyul 2020 16:19

Fransanın "Brest" klubunun futbolçusu Ronael Pyer-Qabriel silahlı hücuma məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi hadisə vaxtı yaralanıb. Cinayətkarlar onun avtomobilini yandırıb.

Qeyd edək ki, Ronael Pyer-Qabriel müqavilə ilə Almaniyanın "Maynts" klubuna məxsusdur, o, icarə əsasında "Brest"də çıxış edir.

Milli.Az