İdman

“Əlavə xəbərdarlığa qədər avrokubok oyunları tamaşaçısız keçiriləcək” - Aleksander Çeferin

22 İyul 2020 14:02
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan fərqli, II Dünya Müharibəsi futbolu tamamilə dayandırmamışdı.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurumun rəsmi saytına müsahibə verən sloveniyalı futbol funksioneri artıq problemləri geridə qoymağa başladıqlarını söyləyib: "Bu müddətdə peşəkarlıq baxımından çox təzyiq hiss etdim, çox iş var idi. Ancaq sevinirəm ki, futbol bütün Avropa boyunca dönüş edir. Daxili birincilikləri iyulun sonuna qədər başa vurmaq və avrokubokları avqustda tamamlamaq üçün UEFA mövsümün bir hissəsini qurban verdi. Yerli assosiasiyalar da buna razılıq verdilər. Klub həmrəyliyi beynəlxalq oyunlar üçün sentyabr pəncərəsi zamanı eyni dərəcədə vacib olacaq".

Çeferin hələ bir müddət oyunların tamaşaçısız keçiriləcəyini vurğulayıb: "Əlavə xəbərdarlığa qədər UEFA avrokubok oyunlarını tamaşaçısız keçirəcək. Risk etməyəcəyik. Təbii ki, əsas diqqət elit turnirlərə yönəlib. Ancaq açıq futbol həmişə missiyamızın vacib elementi olacaq. Yeni tibbi protokollar qarşısında heç kimin lazımsız risklərə məruz qalmaması vacibdir. Xüsusən də, uşaqlar üçün diqqətli olmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.