İdman

"Atalanta" ardıcıl 12 oyun məğlub olmur

22 İyul 2020 14:46
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 21-də futbol üzrə İtaliya çempionatının 35-ci turunun növbəti oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Atalanta" klubu doğma azarkeşlər önündə "Bolonya" komandasını qəbul edib.

Berqamodakı "Atleti Adzurri" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol ikinci hissənin ortalarında vurulub - 62-ci dəqiqədə Luis Murel fərqlənib.

"Atalanta" 74 xal yığaraq İtaliya milli çempionatının yarış cədvəlində ikinci yerə yüksəlib. "Bolonya" isə 43 xalla 10-ci yerdə qərarlaşıb.

Yarışın lideri Turin "Yuventus"udur. Komandanın 80 xalı var.

"Atalanta" növbəti turda səfərdə "Milan"la qarşılaşacaq. "Bolonya" isə evdə "Leççe" ilə oynayacaq. Matçlar 24 iyulda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.