İdman

Evli Mourinyo qələbəni sevgilisi ilə qeyd etdi - FOTO

19 İyul 2020 19:34
Baxış: 1 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo iyulun 12-də "Arsenal" üzərindəki qələbəni sevgilisi Pryu Karter-Robunsonla keçirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, matçdan dərhal sonra portuqaliyalı mütəxəssis qadının evinə gedib. Onun əynində matç zamanı geyindiyi paltar olub. Joze evə "Audi 4x4" maşını ilə gəlib. Onun qolundakı qiymətli saat diqqət çəkib.

Qeyd edək ki, bu ikili hələ Joze "Real"da işləyərkən tanış olub. Onlara ötən il Qətərdə çimərlikdə dincələrkən rast gəlinib. Britaniya KİV-ləri bu ikilin sevgi romanı yaşadığını bildirir.

Mourinyo 30 ildir Matilda Mourinyo ilə evlidir. Onları iki böyük övladı var. Bildirilir ki, Joze 2016-cı ildə "Mançester Yunayted"ə baş məşqçi təyin edildikdən sonra onunla həyat yoldaşı arasında problemlər yaranıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.