İdman

“Messi “Barselona”da xoşbəxt deyil və nə edəcəyini bilmir”

18 İyul 2020 18:30
Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" prezidentliyinə namizəd Viktor Font Lionel Messi ilə bağlı yaranan duruma münasibət bildirib.

Qol.az BBC-yə istinadən xəbər verir ki, o deyib: "Kapitan klubda xoşbəxt deyil və nə edəcəyini bilmir. Görünür, Messi son illər Çempionlar Liqasında qalib ola bilmədiklərinə görə məyus olub. Məhz bu məqama fikir vermək lazımdır. Biz istəyirik o başa düşsün ki, əgər kluba rəhbərlik etsək, komandanı gücləndirmək üçün şəraiti yaxşılaşdıracağıq. Bu halda Messi yenidən ÇL-in qalibi ola bilər".

Daha öncə yayılan xəbərə görə, argentinalı futbolçu klubdakı durumdan razı deyil və gələn il "Barselona"nı tərk etmək fikrindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory