İdman

Qara Qarayev: Ölkəmizdə virusa yoluxanların sayının artması hamını narahat etməlidir

14 İyul 2020 08:48
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər bu virusla bağlı insanlarda bir az inamsızlıq var idi. Artıq biz, bizə yaxın olan insanların bu virusa yoluxduğunu eşidirik. Düşünürəm ki, artıq bu infeksiyaya bir şübhə qalmayıb. Ailə üzvlərimizin, qohumlarımızı, dostlarımızı qorumaqla xalqımızı qorumuş oluruq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

Yay aylarında xüsusi karantin rejimində evdə oturmaq çətin olsa da, hər şeyin yaxşı olacağını ümidvar olan milli komandamızın üzvü bildirib: "Zəruri hallarda evdən çıxan vətəndaşlarımız maksimum dərəcədə özlərini qorusunlar. Yaxınlarımız və əzizlərimizlə bir müddət sosial məsafə saxlasaq, bu heçdə onlara sevgimizin azalmağı anlamına gəlmir. Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Diqqət etsək görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Mən əminliklə bildirmək istəyirəm ki, Azərbaycan xalqı güclüdür və bu gözəgörünməz düşməni məğlub edəcək. Allah xalqımızı qorusun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.