İdman

London derbisində 3 qol

13 İyul 2020 09:48
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turun mərkəzi görüşündə iki London təmsilçisi - "Tottenhem" və "Arsenal" komandaları üz-üzə gəlib.

"Tottenham Hotspur" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal" matçın 16-ci dəqiqəsində oyunda hesabı açıb. Aleksander Lakazett uzaq məsafədən baxımlı qola imza atıb. Qoldan üç dəqiqə sonra "Tottenhem" hesaba tarazlıq gətirib. Son Xın-Min fərqlənib.

Fasilədən sonra hücumların artıran "Tottenhem" hesabda önə çıxıb. Tobi Alderveirel adını tabloya yazdırıb.

Bu qələbədən sonra xal ehtiyatını 52-ə çatdıran "Tottenhem" turnir cədvəlində 8-ci, "Arsenal" isə 50 xalla 9-cu yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.