İdman

Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu

9 İyul 2020 07:25
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Futbol Federasiyası futbol üzrə "Ziraat Türkiyə Kuboku"nun final oyunun keçiriləcəyi tarixi və stadionu açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Ziraat Türkiyə Kuboku" iyulun 29-u İstanbulda keçiriləcək.

Bildirilir ki, "Trabzonspor" və "Alanyasport" arasında baş tutacaq final oyunu "Atatürk" Olimpiya Stadionunda oynanılacaq. Oyun yerli vaxtla saat 21:30-da başlayacaq.

Xatırladaq ki, mayın 5-i keçirilməli olan "Ziraat Türkiyə Kuboku"nun final oyunu yeni növ koronavirus səbəbilə təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.