İdman

"Başakşəhər" çempionluğa daha da yaxınlaşdı - VİDEO

8 İyul 2020 10:22
0 Şərh     Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Dənizlispor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini iki cavabsız qolla məğlub ediblər. İstanbul təmsilçisinin qollarını Enzo Krivelli (65) və Edin Viska (78) vurub.

Beləliklə, görüşdə 2:0 hesabı ilə qalib gələn "Başakşəhər" klubu çempionluğa bir addım daha yaxınlaşıb. İstanbul klubu növbəti üç görüşün hər birində qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.

Bundan əlavə, turda iyulun 8-də "Sivasspor" - "Yeni Malatyaspor", "Trabzonspor" - "Antalyaspor", "Alanyaspor" - "Qalatasaray", "Göztəpə" - "Ankaragücü", sabah isə "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" - "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.