İdman

Türkiyəli menecer: "Oğuz Aydının "Qarabağ"a keçidi baş tutmayacaq"

7 İyul 2020 17:54
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin III liqa təmsilçisi "1928 Bucaspor"un vingeri Oğuz Aydının "Qarabağ"a transferi reallaşmayacaq.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu 20 yaşlı futbolçunun meneceri Gökhan Tabakcıoğlu deyib.

Agent bildirib ki, bir müddət əvvəl "Qarabağ" və "Astana"nın maraq dairəsində olan Oğuz Aydının keçidi ilə bağlı heç bir irəliləyiş olmayıb: "Hesab edirəm ki, Oğuzun bu klublara keçidi baş tutmayacaq. Görünən odur ki, onlar oyunçu ilə o qədər də ciddi maraqlanmırlar.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.