İdman

Vaqner Lavın yeni klubu bilindi

7 İyul 2020 11:35
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın yeni iş yeri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, Qazaxıstanın Kayrat klubuna transfer olunub.

Artıq Qazaxıstana gələn və koronavirus testindən də uğurla keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Vaqnerin son klubu Corinthians olub. Braziliya klubu ilə müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində Palmeiras, Flamengo, Monaco, ÇSKA Moskva, Shandong Luneng, Alanyaspor və Beşiktaş klublarının da formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.