İdman

Xavi yeni müqavilə bağladı

6 İyul 2020 19:05
Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin "Al-Sadd" klubunun baş məşqçisi Xavi Ernandesin "Barcelona"nı çalışdıracağına dair xəbərlərin özünü doğrultması ehtimalı azalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Qətər təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xavinin yeni sözləşməsi 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Barcelona"nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi. Xavi "Barcelona"nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilini isə "Al-Sadd"ə keçirib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.