İdman

“Keşlə” daha iki futbolçusu ilə bağlı qərar verib - FOTO

27 İyun 2020 08:08
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" daha iki futbolçusu ilə bağlı qərar verib.

Milli.Az klubun saytına istinadla xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımovla müqavilə müddətini artırılıb.

Hər iki futbolçu növbəti mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə transfer olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.