İdman

"Barselona" 3 futbolçusunu satacaq

23 İyun 2020 23:23
Baxış: 1 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın yarımmüdafiəçisi Artur Melo "Yuventus"a keçməyə razılıq verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 23 yaşlı orta sahə oyunçusunun İtaliya klubuna keçidi artıq baş tutmaq üzrədir.

Çünki klublar arasında danışıq da müsbət məcrada davam edir. Tərəflər arasında ilkin anlaşmaya əsasən, kataloniyalılar transferdən 80 milyon avro qazanacaq. Braziliya millisinin üzvünün "qoca sinyora"da illik maaşının 5 milyon avro olması gözlənilir.

"Barselona" həmçinin hazırda icarə əsasında müvafiq olaraq "Bavariya" və "Şalke"də çıxış edən yarımmüdafiəçi Filipp Koutinyo ilə Jan-Kler Todibonu da transferə çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.