"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkovun yeni iş yeri müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki,moldovalı keçmiş yarımmüdafiəçi ölkəsinin "Kodru" klubunu çalışdıracaq. Bu barədə Lozova təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Moldova millisinin sabiq üzvü 2009/10 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.
Milli.Az