"Xəzər Lənkəran"ın sabiq futbolçusu baş məşqçi oldu

5 İyun 2020 10:47

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkovun yeni iş yeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,moldovalı keçmiş yarımmüdafiəçi ölkəsinin "Kodru" klubunu çalışdıracaq. Bu barədə Lozova təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Moldova millisinin sabiq üzvü 2009/10 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.

Milli.Az