İdman

Di Mariya depressiyaya düşüb - "Zombi kimi davranır"

2 İyun 2020 17:34
1 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Anxel Di Mariya koronavirus pandemiyası səbəbindən futbolda yaranan fasiləyə görə psixoloji problemlər yaşayır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin həkimi bununla bağlı klub rəhbərliyinə narahatlığını bildirilib. Onun sözlərinə görə, 32 yaşlı oyunçu yuxusuzluqdan əziyyət çəkir və hətta müvəqqəti depressiyaya düşüb.

Bundan başqa, Di Mariyanın həyat yoldaşının qohumlarına ərinin zombi kimi davrandığını söylədiyi iddia edilib.

Qeyd edək ki, koronavirus səbəbindən Fransa Liqası erkən dayandırılıb və PSJ çempion elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.