İdman

İbrahimoviç məşq zamanı zədə alıb

26 May 2020 07:35
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtalyan "Milan" futbol klubunun forvardı Zlatan İbrahimoviç məşq zamanı əzələ zədəsi alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, zədənin ciddiliyi tibbi müayinədən sonra bilinəcək. Hazırda futbolçu məşqləri dayandırıb.

Klubda idmançının uzun müddət oyunlardan uzaqlaşdırılmasından narahatdırlar. Daha əvvəl oxşar zədəyə görə futbolçu yanvar-fevral aylarında bir sıra matçları buraxmalı olub.

Z.İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi 30 iyun 2020-ci ilə qədərdir. Cari mövsümdə oyunçu 10 matç keçirib, 4 qol vurub və bir qolla nəticələnən faydalı ötürmə edib.

2010-2012-ci illərdə "Milan"ın tərkibində oynayarkən forvard İtaliya çempionu adını və ölkə superkubokunu qazanıb. Karyerası boyunca Z.İbrahimoviç Niderland (Ayaks), İtaliya (İnter, Milan), İspaniya (Barselona), Fransa (PSJ) çempionatlarının, "Mançester Yunayted"in tərkibində isə Avropa Liqasının qalibi olub. İsveç yığması uğrunda futbolçu 116 oyun keçirib, 62 dəfə fərqlənib və milli komandanın tarixinə ən yaxşı bombardir kimi adını yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.