İdman

“Borussiya”dan unudulmaz jest - FOTO

17 May 2020 17:30
0 Şərh     Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən 2 aylıq fasilədən sonra bərpa olunan Almaniya bundesliqasında maraqlı hadisə baş verib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu olaya koronavirus pandemiyası səbəbindən matçların azarkeşlərsiz keçirilməsi səbəb olub. "Şalke"yə qarşı 26-cı turun qarşılaşmasından sonra (4:0) Dortmundun "Borussiya" komandasının futbolçuları ənənələrinə sadiq qalaraq azarkeşlərə etdikləri təşəkkürü yenə  təkrarlayıblar.

Onlar "Siqnal İquna Park" arenasının əsas, bu dəfə artıq boş olan tribunasına yaxınlaşaraq azarkeşlərə minnətdarlıqlarını ifadə ediblər. Onlar bununla fanatlarının dəstəyini boş tribunalar önündə belə hiss etdiklərini nümayiş etdiriblər. Bu zaman futbolçular karantin qaydasına - sosial məsafəyə əməl ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.