İdman

Futbol həsrəti bitdi - Bu gün Bundesliqa başlayır

16 May 2020 09:39
0 Şərh     Baxış: 2 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya birinci və ikinci bundesliqası 2 aylıq fasilədən sonra bu gün davam etdiriləcək.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, birinci bundesliqada oyunlar 26-cı turdan bərpa olunur. Bu gün 6, sabah 2, mayın 18-də isə 1 oyun keçiriləcək. Oyunlar azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. 

Əlavə edək ki, "böyük beşlik" liqalarından çempionatı ilk bərpa edən Almaniya olur.  

16 may

17.30. "Leyptsiq" - "Frayburq"
17.30. "Auqsburq" - "Volfsburq"
17.30. "Hoffenhaym" - "Herta"
17.30. "Fortuna" - "Paderborn"
17.30. "Borussiya" (D) - "Şalke"
19.30. "Ayntraxt" - "Borussiya" (M)

17 may
17.30. "Köln" - "Mainz"
20.00. "Union Berlin" - "Bavariya"

18 may

22.30. "Verder" - "Bayer"

25 turdan sonra "Bavariya" 55 xalla birinci, "Borussiya" Dortmund 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncü yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.