İdman

Formula 1 mövsümü 5 iyulda Avstriyada start götürəcək

10 May 2020 22:15
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Formula 1" avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib.

Trend-in məlumatına görə, bu barədə "The Judge 13" portalı bildirib.

Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) baş tutacaq.

Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.