İdman

“Real Madrid” məşqlərə başlama tarixini açıqladı

10 May 2020 17:59
0 Şərh     Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" mayın 11-dən etibarən məşqlərə başlayacağını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Madrid təmsilçisinin bütün futbolçuları koronavirus testindən keçib və nəticələrin hamısı neqativ çıxıb.

Bundan sonra komanda rəhbərliyi məşqlərə start vermək qərarına gəlib.

"Kral Klubu"nun rəsmi saytında bildirilib ki, hazırlıq prosesinə mayın 11-də səhər saatlarında başlanacaq. Məşqdən öncə mətbuat konafransının keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, İspaniyada bütün futbol komandaları məşqləri martın 12-dən dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.