"Real"ın futbolçuları koronavirus testindən keçiblər.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, oyunçuların heç birində infeksiyaya rast gəlinməyib.
Məlumata görə, "kral klubu" mayın 11-də məşqlərə başlamaq niyyətindədir. Hazırlıqlar zamanı oyunçular arasında sosial məsafə qorunacaq.
Qeyd edək ki, İspaniya çempionatının iyunda davam etməsi planlaşdırılır. Hazırda "Real" 56 xalla lider "Barselona"dan iki xal geridədir.
Milli.Az